Üzücü xəbər gəldi: 2 ölü, 5 yaralımız var

Hadisə

18.12.2019 - 12:33

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılardan birinin vəziyyəti ağırdır, o, reanimasiyaya yerləşdirilib

 

Bakı-Ələt-Qazax avtomobil yolunda ağır qəza baş verib. Qəza barədə saat 10:15-də Təcili Tibbi Yardıma (TTY) məlumat daxil olub.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Beş nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır, o, reanimasiyaya yerləşdirilib.

 

Digər yaralılara lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş