ÜST-ün baş direktoru: "COVID-19-a yoluxma və ölüm halları artıb"

Dünya

12.04.2021 - 21:19

Tedros Adhanom Qebreyesus brifinqində çıxış edib 

 

“Son bir neçə həftədir dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma və xəstəlikdən ölüm hallarının sayının artması davam edir”.

 

AYNA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat brifinqində deyib.

 

“Yanvar və fevral aylarında altı həftə biz ardıcıl olaraq COVID-19-a yoluxmanın azalmasının şahidi olduq. Lakin indi ardıcıl olaraq yeddi həftədir ki, infeksiyaya yoluxma halının, ardıcıl dörd həftədir ölüm sayının artdığını qeydə alırıq”, - deyə ÜST-ün baş direktoru bildirib.

 

ÜST-ün baş direktoru indiyədək dünyada 700 milyon doza peyvəndin vurulduğunu bildirib.

Müəllif: Ayna.az