ÜST-dən koronavirusla bağlı son statistika

Dünya

17.07.2020 - 02:27

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada və Avropada qeydə alınıb

 

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 226 181 nəfər artaraq 13 378 853-ə yüskəlib.

 

AYNA bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bundan əlavə, son 24 saat ərzində daha 5 579 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 580 045-ə çatıb.

 

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (7 016 851 nəfər) və Avropada (2 987 923 nəfər) qeydə alınıb.

 

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az