ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Dünya

14.03.2021 - 03:18

Yoluxmanın 41 faizdən çoxu Avropanın payına düşür

 

Dünyada son sutka ərzində 492 351 nəfər koronavirusa yoluxub, 9 689 nəfər ölüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 118 754 336 yoluxma hadisəsi, 2 634 370 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (204 889) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (188 005) ilə Cənub-Şərqi Asiya (51 286) bölüşür

Müəllif: Ayna.az