Ürəyindən bıçaqlanan Bakı sakini xəstəxanaya yerləşdirilib

Hadisə

01.02.2021 - 08:26

Hadisə Keşlə qəsəbəsində qeydə alınıb

 

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

 

1993-cü il təvəllüdlü Əfəndiyev Kamran Hüseyn oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ürək və böyrək nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

Müəllif: Ayna.az