Oğlu diplomatın gecə zəhərlənmə simptomları ilə oyandığını, huşunu itirdiyini söyləyib
Ukraynanın Tailanddakı səfiri Andrey Beşta Ko-Lipe adasındakı oteldə ölü tapılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, səfirin meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Səfirin oğlu atasının özünü yaxşı hiss etdiyini, gecə saat 04.30-da zəhərlənmə simptomları ilə oyandığını, daha sonra huşunu itirdiyini söyləyib. Diplomatın meyiti ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Banqkokdakı hospitala göndərilib.
Qeyd edək ki, Beşta 2015-ci ildən etibarən Ukraynanın Tailanddakı səfiri olub.