Ukraynanın daxili işlər naziri istefa verib

Dünya

13.07.2021 - 22:34

Həkimlər Klinikalar SEO Xidməti

İyulun 15-də nazirin istefa ərizəsinə baxılacaq 

 

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

 

AYNA-nın xəbərinə görə, bu barədə “Vesti.ua” portalı “Xalqın xidmətçisi” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna parlamenti iyulun 15-də keçiriləcək iclasda daxili işlər nazirinin istefa ərizəsinə baxacaq.

 

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

 

Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş