Ukraynada COVİD-19-a yoluxma sayında artım var

Dünya

06.05.2020 - 12:19

cedabet dərman SEO Xidməti

Ölkədə son sutka ərzində koronavirusdan 11 nəfər ölüb

 

Ukraynada son sutkada 487 nəfər koronavirusa tutulub. Bu, ötən günlərlə müqayisədə xəstəliyin artımıdır. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi koronavirusa yoluxanların sayının 13 min 184 nəfərə çatdığını açıqlayıb.

 

Bunlardan 905-i uşaq, 2 min 251-i isə tibb işçisidir. Ölkədə son sutka ərzində koronavirusdan 11 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 327 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2097 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb. Ukraynada koronavirusa  yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

 

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş