Ukrayna nümayəndə heyəti danışıqlar aparmaq üçün Vaşinqtona gedib

Dünya

04.06.2025 - 07:47

cedabet dərman SEO Xidməti

Amerikalı rəsmilərlə bir çox məsələlər müzakirə ediləcək

Ukraynanın Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona səfər edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, gündəlik kifayət qədər əhatəlidir. Danışıqlarda müdafiəyə dəstək və döyüş meydanındakı vəziyyət, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, xüsusən də senator Lindsey Qremin qanun layihəsi haqqında müzakirələr planlaşdırılır. Bundan əvvəl imzalanan İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında saziş də müzakirə edikləcək.

Bundan əlavə, Kiyev nümayəndələri amerikalı tərəfdaşları ilə Ukraynadan qeyri-qanuni olaraq götürülmüş uşaqların vətənlərinə qaytarılmasını və “rusların kilsə məsələləri ilə bağlı təbliğatını” müzakirə etmək niyyətindədirlər.

Ukrayna tərəfi həmçinin ABŞ-ı Ukraynada müharibənin dayandırılmasının mümkünlüyü ilə bağlı İstanbulda Rusiya ilə danışıqların nəticələri barədə məlumatlandırmaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş