ABŞ rəsmiləri Ukraynaya səfər ediblər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Kiyevə səfər ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın "Insider" nəşri məlumat yayıb.
ABŞ nümayəndələrinin Ukrayna paytaxtında qalma müddəti barədə məlumat verilməyib.
Bu arada, UNIAN Kiyev dəmir yolu stansiyasından video görüntülər yayımlayıb. Görüntülərdə Uitkoff və Kuşnerin Kiyevə qatarla gəldiyi və platformada Ukrayna danışıqlar qrupunun üzvləri – Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov və "Xalqın Xidmətçisi" parlament fraksiyasının rəhbəri David Araxamiya tərəfindən qarşılandığı görünür.