TƏBİB sədri: “Bu gün 190 manatın təkrar verilməsinə zərurət yoxdur”
İş yerlərinin böyük əksəriyyəti artıq fəaliyyətə başlayıb. Digər iş yerlərində günəmuzd çalışan insanların da özlərinə iş tapmaları baxımından karantin rejimi tamamilə aradan qaldırılıb.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib.
“Sosial-iqtisadi amillər nəzərə alınaraq karantin rejiminin yumşaldılması bütün dünyada tətbiq olunur və hesab edirik ki, bu gün əlavə 190 manatın təkrar verilməsinə elə bir ciddi zərurət yoxdur”, - Bayramlı vurğulayıb.