Yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb
Ucarın Müsüslü kəndində səhər satlarında partlayış baş verib. Hadisədən dərhal sonra ərazidə irimiqyaslı yanğın başlayıb. AYNA.AZ Azərtac-a istinadən bildirir ki, yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası dərhal əraziyə cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.