Üç uşaq əcnəbilərə övladlığa verilib

Xəbərlər

09.09.2020 - 13:04

Son 10 ayda xaricilərə övladlığa verilən azərbaycanlı uşaqların sayı açıqlanıb

 

Azərbaycanda əcnəbilər tərəfindən övladlığa götürülən uşaqların sayı açıqlanıb. AYNA bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib.

 

Şöbə müdiri qeyd edib ki, 2019-cu ilin noyabrın 1-dən indiyə qədər cəmi üç uşaq əcnəbiyə övladlığa verilib: “Ötən ilin noyabrın 1-nə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb”.

Müəllif: Ayna.az