"Twitter" Venesuela Milli Məclisinin hesabını bloklayıb

Dünya

20.01.2021 - 07:35

Hesabın fəaliyyəti "Twitter"in qaydalarının pozulması ilə əlaqədar dayandırılıb

 

Çərşənbə axşamı "Twitter" mikrobloq xidməti Venesuela Milli Məclisinin hesabını bloklayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkə parlamentinin yenilənmiş tərkibinin “@LaNuevaAsamblea” profilinə müraciət vaxtı istifadəçi boş səhifəyə daxil olur. Səhifədə qeyd edilir ki, hesabın fəaliyyəti "Twitter"in qaydalarının pozulması ilə əlaqədar dayandırılıb. Abunəçilərin hesabı sıfırlanıb, profildəki fotolar silinib. Ona abunə olmaq mümkün deyil.

 

Eyni zamanda, mandatı yanvarın 5-də bitmiş, lakin istefa verməkdən imtina edən müxalifət deputatları tərəfindən idarə olunan “@AsambleaVE” hesabı fəaliyyətini davam etdirir və sosial şəbəkədə təsdiqlənmiş bir hesab kimi qeyd olunur.

Müəllif: Ayna.az