Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Dünya

02.06.2021 - 21:48

Həkimlər Klinikalar SEO Xidməti

İclasda bir sıra aktual məsələlər müzakirə olunub 

 

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib.

 

AYN-nın APA-ya istinadən xəbərinə görə, 5 saat sürən iclasda Türkiyənin sərhədlərinin və sərhədyanı ölkələrin təhlükəsizliyi, Türkiyənin beynəlxalq hüququn tələbləri çərşivəsində öz haqlarını qoruması, ölkənin cənub sərhədləri boyunca təhlükəsizliyinin təmini üçün keçirilən əməliyyatarın fasiləsiz davam etməsi məsələləri müzakirə olunub.

 

İclasda önəm verilən digər mövzu Kipr məsələsi olub, suveren, bərabərhüquqlu iki dövlətin probleminin həllinə obyektiv yanaşılması məsələsinə toxunulub.

 

MGK toplantısında, həmçinin Egey və Aralıq dənizindəki gərginlik, bununla bağlı Türkiyənin qanuni haqlarını heçə sayan və xaricdə yaradılan təxribatlara soyuqqanlı və hüquq çərçivəsində yanaşılması, İsrailin-Fələstin münaqişəsi ilə bağlı da müzakirələr aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş