Yeraltı təkanların ocağı isə 2 kilometr dərinlikdə yerləşib
Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudalı zəlzələ olub.
AYNA xəbər verir ki, Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, yeraltı təkanların episentri Kayseri şəhərindən 65 kilometr şimali-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.