Türkiyənin hakim partiyasından erməni təxribatına reaksiya

Siyasət

13.07.2020 - 16:03

Ömər Çelik: “Hər zaman və hər vəziyyətdə Azərbaycanın yanındayıq”

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Ermənistanın Tovuz rayonu istiqamətində təxribatına münasibət bildirib. AYNA xəbər verir ki, AKP rəsmisi sosial media hesabından etdiyi paylaşımda bildirib ki, Ermənistan təcavüzkarlığının cavabsız qalmayacağına əmin olsun.

 

Çelik qeyd edib ki, Ermənistanın Azərbaycana hücumunu qətiyyətlə pisləyirlər: “Şəhidlərimizə rəhmət diləyirik. Hər zaman və hər vəziyyətdə Azərbaycanın yanındayıq”.

Müəllif: Ayna.az