Türkiyənin generalı Suriyada şəhid olub

Dünya

09.09.2020 - 14:20

Nazirlik: “Onun həyatını xilas etmək mümkün olmayıb”

 

Türkiyənin generalı Sezgin Ərdoğan Suriyanın İdlib şəhərində hərbi vəzifəsini icra edərkən şəhid olub. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

 

“Vəziyyəti pisləşən general dərhal xəstəxanaya yerləşdirildi. Bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”, - deyə açıqlamada vurğulanıb.

Müəllif: Ayna.az