Türkiyənin Ağrı bölgəsində 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Dünya

31.01.2021 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

Ağrı - Van yolunda üç nöqtədə güclü qar uçqunu yaranıb

 

Türkiyənin Şərq bölgələrində davam edən güclü qar böyük problemlər yaradıb. AYNA qardaş ölkə mediasına istinadən bildirir ki, güclü şaxta su xətlərini dondurub, külək tez-tez elektrik naqillərini sıradan çıxarır.

 

Ağrı bölgəsində qarın hündürlüyü daha çox artıb. Bu səbəbdən 232 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

 

Ağrı - Van yolunda üç nöqtədə güclü qar uçqunu yaranıb. Bölgədə qartəmizləmə işlərinə 78 ağır texnika və 91 nəfərlik heyət cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş