Türkiyəni qanunsuz yolla tərk etmək istəyən daha 97 miqrant saxlanılıb

Dünya

14.06.2021 - 09:56

Həkimlər Klinikalar SEO Xidməti

Miqrantlar şəhərin Fethiye rayonunda ələ keçiriliblər

 

Türkiyənin Muğla vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 97 miqrant saxlanılıb. Bu işdə onlara köməklik göstərməkdə şübhəli bilinən iki nəfər nəzarətə alınıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, miqrantlar şəhərin Fethiye rayonunda ələ keçiriliblər.

 

Muğla Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan bu şəxslərin 36-ı Əfqanıstan, 32-i Suriya, 19-u Pakistan və digər ölkə vətəndaşlarıdır.

 

Onlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş