Türkiyəli məşhur jurnalist Azərbaycanda COVID-19-a yoluxub

Xəbərlər

19.10.2020 - 11:33

Osman Girgin hazırda Bakıdakı xəstəxanalarından birində müalicə alır

 

“Dəyərli dostum, məşhur televizyaçı, həftələrdir Bakıdan, Gəncədən, cəbhənin ən qızğın bölgələrindən reportajlar verən, “Haber Global” kanalının tanınmış spikeri Osman Girgin Azərbaycanda ezamiyyətdə ikən koronavirusa (COVID-19) yoluxub”. AYNA xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu bildirib.

 

İ.Nəbioğlu qeyd edib ki, türkiyəli jurnalist hazırda Bakıdakı xəstəxanalarından birində müalicə alır.

 

“Savaşın ilk günlərindən yorulmadan çalışan Osman bəyə Allahdan şəfalar diləyir, tezliklə aramıza dönməsini arzu edirəm. Azərbaycan xalqı sənin və “Haber Global”ın fədarkarlıqlarını əsla unutmayacaq”, - deyə Nəbioğlu vurğulayıb.

 

Qeyd edək ki, O.Girgin Qarabağ müharibəsi başlayandan etibarən? Bakıdan və cəbhə bölgəsindən “Haber Global” üçün reportajlar hazırlayıb. Jurnalist həmçinin Prezident İlham Əliyevdən müsahibə götürüb.

 

Müəllif: Ayna.az