Türkiyədə zəlzələ olub: 1 ölü, 69 yaralı var

Dünya

03.06.2025 - 08:56

cedabet dərman SEO Xidməti

Mərmərə dənizinin sahilində 5.8 bal gücündə zəlzələ baş verib

Türkiyənin Muğla şəhərində, Mərmərə dənizinin sahilində 5.8 bal gücündə zəlzələ olub. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 02:17-də qeydı alınan təkanların episentrinin Mərmərədən 10.43 kilometr aralıda, 67.91 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələ ilk növbədə Muğla və ətraf vilayətlərdə hiss olunub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

Nazir "X" sosial şəbəkə hesabında yazıb ki, zəlzələ nəticəsində 14 yaşlı uşaq panik atak nəticəsində dünyasını dəyişib.

Yerlikayanın sözlərinə görə, təşviş və hündürlükdən tullanma nəticəsində 69 nəfər xəsarət alıb, onlardan 46-sı xəstəxanaya çatdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş