Koronavirus can almağa davam edir
Türkiyədə son sutka ərzində koronavirusdan 253 nəfər dünyasını dəyişib, 2783-ü simptomatik olmaqla 15 805 pasiyent COVID xəstəsi kimi qeydiyyata alınıb.
AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 20,388-ə, bu virusa yoluxanların sayı isə 2,178,580-ə çatıb.
Ümumilikdə 24 milyondan çox insan test olunub.