Son sutkada 5 mindən çox yoluxma qeydə alınıb
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.
AYNA ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 49 nəfər koronavirusun qurbanı olub.
Son 24 saatda 227 min 273 COVID-19 testi aparılıb ki, bunun da 5 min 404-ü müsbət çıxıb. Eyni zamanda, 5 min 506 xəstə sağalıb.