Türkiyədə terrorçularla atışma: 2 polis həlak olub

Dünya

03.05.2020 - 01:23

Qarşıdurmada hüquq-mühafizə orqanlarının dörd əməkdaşı yaralanıb

 

Türkiyədə terrorçularla polis arasında atışma olub.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bitlis əyalətində qeydə alınıb. Sehi bölgəsində polis əməkdaşları ilə terrorçular arasında baş verən atışmada iki asayiş keşikçisi həlak olub, hüquq-mühafizə orqanlarının daha dörd əməkdaşı yaralanıb.

 

Hazırda bölgədə antiterror əməliyyatı davam edir.

Müəllif: Ayna.az