Türkiyədə son sutkada koronavirusdan 37 nəfər həyatını itirib

Dünya

11.07.2021 - 01:34

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 37 nəfər həyatını itirib. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 184 nəfər test edilib, onların 5530-nun koronavirus testi pozitiv nəticə verib, 5217 nəfər sağalıb.

 

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil olmaqla 57 407 28 peyvənd tətbiq edildiyi qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş