Türkiyədə son sutkada 100-dən çox insan koronavirusdan ölüb

Dünya

18.11.2020 - 03:53

Ağır xəstələrin sayı 3 657 nəfər təşkil edir

 

Türkiyədə son sutka ərzində koronavirusdan 103 nəfər dünyasını dəyişib, 3 819 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  11 704-ə, yoluxanların sayı isə 421 413-ə çatıb. Ağır xəstələrin sayı 3 657 nəfər təşkil edir.

 

Ümumilikdə 16 milyondan çox (16.464,678) insan test olunub.

Müəllif: Ayna.az