İtkin düşənlərdən 2-si xilas edilib
Türkiyənin Adana şəhərində qar uçqunu baş verib.
AYNA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, uçqun nəticəsində 1 nəfər ölüb, 3 nəfər itkin düşüb. İtkin düşənlərdən 2-si xilas edilib. Onlardan biri yaralıdır, digəri isə xəsarət almayıb.
Hazırda itkin düşmüş 3-cü şəxsin axtarışları aparılır.