Türkiyədə peyvənd olunanların sayı açıqlanıb

Dünya

21.01.2021 - 00:49

Artıq 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulub 

 

Türkiyədə vətəndaşlara koronavirus infeksiyasına qarşı peyvənd tətbiqi sürətlə davam etdirilir.

 

AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, proses yanvarın 13-də başlasa da, artıq 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulub.

 

Vaksinasiyaya mərhələli şəkildə ölkənin bütün vətəndaşları cəlb ediləcək.

Müəllif: Ayna.az