Türkiyədə onlarla şagird dönərdən zəhərlənib

Xəbərlər

17.05.2025 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

Onların bəziləri müalicə olunaraq evə buraxılıb

Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib. AYNA.AZ “Haber Global”a istinadən xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.

Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb. Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.

Onların bəziləri müalicə olunaraq evə buraxılıb.

Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş