Ölkədə ağır xəstə sayı 1201 nəfərdir
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, gün ərzində 90 nəfər koronavirusun qurbanı olub.
Ümumilikdə sutkada 115 min 794 test aparılıb ki, onun da 7 min 906-sı müsbət çıxıb.
Ağır xəstə sayı 1201-dir. 7 min 189 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların sayı 2 milyon 489 min 624-ə yüksəlib.
