Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

05.02.2021 - 01:57

Gün ərzində 113 nəfər COVID-19-dan ölüb
 

Türkiyədə gün ərzində koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 145 min 067 koronavirus testi aparılıb, onlardan 7 min 909-u müsbət çıxıb.

 

Gün ərzində 113 nəfər COVID-19-dan ölüb. Bununla ölənlərin sayı ümumilikdə 26 min 467-yə yüksəlib.

 

8 min 815 nəfər xəstəlikdən sağalıb ki, bununla da ümumi sağalanların sayı 2 milyon 508 min 988-ə çatıb. Ağır xəstələrin sayı 1501 təşkil edir.

Müəllif: Ayna.az