Türkiyədə koronavirusla bağlı son statistika

Dünya

10.09.2020 - 23:44

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 58 nəfər dünyasını dəyişib, 1512 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6 895-ə, yoluxanların sayı isə 286 455-ə yüksəlib. Son 24 saat ərzində 1219 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 Ümumilikdə sağalan xəstə sayı 255 407-yə çatıb.

Müəllif: Ayna.az