Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

Dünya

09.12.2020 - 01:53

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 211 nəfər dünyasını dəyişib, 6593 simptomatik olmaqla 33198 pasiyent COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 15,314-ə, yoluxanların sayı isə 552,304-ə çatıb.

 

Ümumilikdə 20 milyondan çox insan test olunub.

Müəllif: Ayna.az