Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Son sutkada Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.
AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da COVID-19 qurbanlarının sayı 4 778 nəfərə çatıb.
Son sutkada 1 242 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə yeni növ virusdan sağalanların sayı 149 102 nəfərə çatıb.
Ötən gün Türkiyədə 1 195 nəfərin koronavirusla bağlı analizi müsbət çıxıb. Qeyd edilir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 175 218 nəfərə yüksəlib.