Koronavirus səbəbilə ilə küçəyə çıxmaq qadağası elan olunub
Bu gündən Türkiyənin 31 bölgəsində küçəyə çıxma qadağası başlayır. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq olunan qadağa 4 gün davam edəcək.
Aprelin 27-si saat 00:00-dək Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Ərzurum, Əskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van də Zonquldakda insanların küçəyə çıxması qadağandır.
Bununla yanaşı, Ramazan ayının başlaması ilə əlaqədar 23-24 aprel saat 09.00-14.00 arası marketlərin və qəssabların fəaliyyət göstərməsinə icazə verilib. Bu müddət içərisində yaşı 65-dən yuxarı və 20-dən aşağı olmayan vətəndaşların alış-veriş etmələrinə icazə verilir.