Təyyarənin pilotunun axtarışları aparılır
Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus “1xNF-5” təyyarəsi qəzaya uğrayıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, hadisə Konya vilayətinin Karatay rayonu ərazisində baş verib.
Qəza Türkiyn Hərbi Hava Qüvvələrinin akrobatik komandasının türk ulduzlarının təyyarələrinin məşqi zamanı baş verib. Hadisə yerinə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Təyyarənin pilotunun axtarışları aparılır.