Türkiyədə daha 94 nəfər koronavirusdan ölüb

Dünya

17.11.2020 - 01:56

Koronavirus can almaqda davam edir

 

Türkiyədə son sutka ərzində koronavirusdan 94 nəfər dünyasını dəyişib, 3 316 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  11 601-ə, yoluxanların sayı isə 417 594-ə çatıb. Ağır xəstələrin sayı 3 610 nəfər təşkil edir.

 

Ümumilikdə 16 milyondan çox (16.307,986) insan test olunub.

Müəllif: Ayna.az