Türkiyədə daha 63 nəfər koronavirusdan ölüb

Dünya

15.09.2020 - 02:55

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib, 1716 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 7 119-a, yoluxanların sayı isə 292 878-ə yüksəlib. Son 24 saat ərzində 1225 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 Ümumilikdə sağalan xəstə sayı 260 058-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş