Türkiyədə daha 56 nəfər koronavirusdan ölüb

Dünya

11.09.2020 - 22:31

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 56 nəfər dünyasını dəyişib, 1671 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6 951-ə, yoluxanların sayı isə 288 126-ya yüksəlib. Son 24 saat ərzində 1117 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 Ümumilikdə sağalan xəstə sayı 256 524-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş