Türkiyədə daha 18 nəfər koronavirus qurbanı olub

Dünya

13.08.2020 - 01:36

Koronavirusdan ölənlərin ümumi sayı 5 891 nəfərə çatıb

 

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

 

AYNA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 891 nəfərə çatıb.

 

Onun sözlərinə görə, ölkədə 1 212 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 244 392 nəfərə çatıb.

 

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 227 089 nəfər təşkil edir.

Müəllif: Ayna.az