Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

28.09.2021 - 00:45

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 206 nəfər ölüb. AYNA xəbər verir ki, barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 353 324 nəfər test edilib, onların 27 188-nin koronavirus testi pozitiv nəticə verib, 25 160 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 108 305 902 peyvənd tətbiq edilib ki, bunun 86,28 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş