Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

08.08.2021 - 05:28

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 25 mindən çox yoluxma faktı qeydə alınıb 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 112 nəfər həyatını itirib. AYNA xəbər verir ki, barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 246 037 nəfər test edilib, onların 25 100-nün koronavirus testi pozitiv nəticə verib, 6758 nəfər sağalıb.

 

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 75 857 256 nəfərə peyvənd tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş