Türkiyədə COVID-19 daha 94 nəfərin həyatına son qoyub

Dünya

05.06.2021 - 00:56

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə 1200-dək xəstənin vəziyyəti ağırdır 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 94 nəfər dünyasını dəyişib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 681 nəfər test edilib, onların 6169-nun koronavirus testi pozitiv nəticə verib, 7167 nəfər sağalıb, 1183 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 976 nəfər ölüb.

 

Türkiyədə indiyədək 5 276 468 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 147 610 nəfəri müalicə olunaraq evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş