Türkiyədə COVID-19 daha 76 nəfərin həyatına son qoyub

Dünya

28.10.2020 - 04:12

Koronavirus can almaqda davam edir

 

Türkiyədə son sutka ərzində koronavirusdan 76 nəfər dünyasını dəyişib, 2209 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  9950-ə, yoluxanların sayı isə 366 208-ə çatıb. Ağır xəstələrin sayı 1827 nəfər təşkil edir.

 

Ümumilikdə 13 milyondan çox insan test olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş