Türkiyədə COVID-19 daha 66 nəfərin həyatına son qoyub

Dünya

13.03.2021 - 00:28

Ölkədə ağır xəstələrin sayı 1349 nəfər təşkil edir 

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 66 nəfər pandemiyanın qurbanı olub.

 

Gün ərzində 148 min 856 koronavirus testi aparılıb, bunların 14 min 941-i müsbət çıxıb.

 

Ağır xəstə sayı 1349-dur. 11 min 180 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 670 min 273-ə çatıb.

Müəllif: Ayna.az