Türkiyədə ağac kəsmə müəssisəsindəki yanğını 12 saatdır davam edir

Dünya

11.02.2025 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Yanğının söndürülməsinə 60-a yaxın ekipaj cəlb olunub

Türkiyənin Afyonkarahisar şəhərində bazar ertəsi axşam saatlarında sənaye zonasında ağac kəsmə müəssisəsində başlayan yanğın 12 saatdır davam edir. AYNA “TRT Haber”ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə 60-a yaxın ekipaj cəlb olunub.

Yanğın fabrikin böyük ərazisini əhatə edib. Yanğınsöndürənlərin işinə külək də mane olur. Alovun qonşu müəssisələrə, o cümlədən plastik məhsulların istehsalına keçmə riski hələ də qalmaqdadır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

Yanğının səbəbi hələ müəyyən edilməyib, lakin onun elektrik naqillərinin nasaz olması səbəbindən baş verə biləcəyi versiyaları var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş