Suriya nümayəndə heyətinə daxili işlər naziri Enes Xəttab rəhbərlik edib
Daxili işlər naziri Mustafa Çiftçinin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti Dəməşqdə Suriya hökumətinin nümayəndələri ilə danışıqlar aparıb.
AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, “Tişrin” sarayında keçirilən görüşdə təhlükəsizlik, ictimai asayiş və dövlət qurumlarının potensialının artırılması sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər məsələlərlə yanaşı, müzakirə Suriyada elektron yol hərəkəti nəzarətinin qurulması, pasportların və şəxsiyyət vəsiqələrinin çap edilməsi, ölkədə təcili çağırış sisteminin yaradılması yollarına yönəlib.
Danışıqlarda Türkiyə nümayəndələrini Jandarma Qüvvələri komandanı general Ali Çardakçi, Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) direktoru Ali Hamza Pehlivan və başqaları təmsil ediblər.
Suriya nümayəndə heyətinə daxili işlər naziri Enes Xəttab rəhbərlik edib.
Türkiyə nümayəndə heyətinin, həmçinin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən qəbul edilməsi gözlənilir.