Əməliyyatlara 20-dən çox təyyarə cəlb olunub
Türkiyə Ordusu İraqın şimalındakı Asos bölgəsində irimiqyaslı antiterror əməliyyatı keçirib. AYNA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Türkiyənin Milli Kəşfiyyat İdarəsi ilə birgə keçirilən əməliyyatlara 20-dən çox təyyarə cəlb olunub. Əsasən Türkiyə istehsalı olan hərbi texnikanın istifadə edildiyi hava əməliyyatında terror təşkilatının bölgədəki mövqelərinə ağır zərbələr endirilib. Əməliyyat nəticəsində terrorçulara aid 28 hədəf məhv edilib.