Suriyanın şimalında antiterror əməliyyatı keçirilib
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında antiterror əməliyyatı keçirib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyatlar Zaviyan və Şaala rayonlarında, həmçinin Tal-Cican və Tal-Unayb yaşayış məntəqələrində həyata keçirilib. Nəticədə 6 terrorçunu zərərsizləşdirib.